Yolda GÖÜNMƏZ QƏZA: Hər şey bir anda baş verdi



 21:35 03.03.2023     797

Rusiyada binanın damına qar yolda gedən 2 qadının üzərinə düşüb.

Demedia.az xəbər verir ki, yaralı qadınların xəstəxanaya aparıldığı bildirilib.

Rusiyanın Kemerovo vilayətinin Tayqa şəhərində yolda gedən iki qadının üzərinə binanın damından nəhəng qar kütləsi düşüb. Uçqun kimi yağan qar kütləsi nəticəsində qadınlar yola atılıb. İki qadın ətrafdakıların köməkliyi ilə qardan çıxarılıb. Hadisə nəticəsində yüngül xəsarətlər aldığı bildirilən qadınlar təcili yardımla xəstəxanaya aparılıb.

Kemerovo Rayon Prokurorluğu fevralın 24-də baş verən hadisə ilə bağlı araşdırmalara başlanıldığını, damın təmizlənməsinə laqeyd yanaşanların müəyyən ediləcəyini açıqlayıb.

Aysun / Demedia.az