20 gün idi axtarılırdı... - Nəticə ürəkləri dağladı



 22:04 03.03.2023     734

Kahramanmaraşın Onikisubat səmtində yaşadıqları mənzilin çökməsi nəticəsində ailəsi ilə birlikdə dağıntılar altında qalan Mukaddes Erva Aktaş 6 saat sonra yaralı halda çıxarılıb.

Demedia.az xəbər verir ki, daha sonra ata Abdullah Aktaş yaralanıb, anası Ayşə Betül (30), qardaşı Zümra (4) və bibisi Özlem Aktaş (22) həyatını itirib.

Qonşuları tərəfindən yolda təcili yardıma təhvil verilərək xəstəxanaya çatdırılan Mukaddes Ervadan bir daha xəbər alınmayıb. Zəlzələdən 20 gündən çox müddət sonra Mukaddes Ervanın qonşuları tərəfindən təcili yardıma çatdırıldığı anların təhlükəsizlik kamerası görüntüləri də ortaya çıxıb. Videoda Mukaddes Ervanı yolda avtomobilin arxa oturacağında birinin qucağına götürdüyü, daha sonra yolun qarşı tərəfindəki təcili yardıma apararaq təcili tibbi yardıma təhvil verdiyi görülüb.

Məlum olub ki, ata Abdullah Aktaşın günlərlə axtardığı qızı Mukaddes Erva dünyasını dəyişib. Kahramanmaraşda xəstəxanaya aparıldıqdan qısa müddət sonra dünyasını dəyişən Mukaddes Ervanın yetimlər qəbiristanlığında torpağa tapşırıldığı müəyyən edilib. Prokurorluğun qərarı ilə eksqumasiya edilən Mukaddes Ervanın meyiti atasına təhvil verilib.

Aysun / Demedia.az