Qandonduran hadisə! - Sputnik V peyvəndini hazırlayan şəxs öldürüldü



 23:48 03.03.2023     643

Rusiyanın Qamaleya Milli Araşdırmalar Mərkəzində Sputnik V peyvəndini hazırlayanlardan biri Andrey Botikov yaxın dostu tərəfindən evində kəmərlə boğularaq öldürülüb.

Demedia.az xəbər verir ki, sputnik V peyvəndini hazırlayan 18 nəfərdən biri olan 48 yaşlı rus alimi Andrey Botikov Moskvanın şimal-qərbindəki evində kəmərlə boğularaq öldürülüb. Moskva İstintaq Komitəsinin sədr müavini Yuliya İvanova qətllə bağlı məlumat verib və bildirib ki, 29 yaşlı şəxs Andrey Botikovun evində olub və iki nəfər arasında mübahisə nəticəsində rus alimini götürdüyü kəmərlə boğub. İvanova əlavə edib ki, qətli törədən şəxs dindirilərkən günahını etiraf edib və bu şəxsin əvvəllər bəzi cinayətlərə görə məhkumluğu olub.

Qətldən sonra Rusiya məhkəmə-tibb ekspertləri qətlin necə törədildiyini açıqlayıb: "Hücum edən alimin dostu olub. Şifahi mübahisədən sonra 29 yaşlı kişi Botikovun boynunu arxadan tutub və kəmərlə boğub".

Aysun / Demedia.az