Maduro Baydenin fərmanına etiraz etdi



 14:19 06.03.2023     296

Venesuela prezidenti Nikolas Maduro ABŞ Prezidenti Co Baydenin ölkəsi barədə imzaladığı fərmana münasibət bildirib.

Demedia.az xəbər verir ki, fərmanın mətnində Venesuelanın ABŞ üçün milli təhlükə olduğu irəli sürülüb. Maduro bildirib ki, o, fərmanın imzalanmasını qətiyyətlə rədd edir.

"Co Bayden hökuməti Venesuelanı ABŞ-ın milli təhlükəsizliyinə fövqəladə təhdid hesab edən fərmanı səkkizinci dəfə imzaladı. Sərəncam ilk dəfə ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən imzalanıb. O rəzil fərmandan 8 il keçir. Venesuela birləşmiş işçi sinfi ilə irəliləyir, sanksiyaları və blokadanı qırır, imperializm və onun bütün fərmanları ilə üz-üzədir və onu məğlub edir” - Maduro deyib.

Bahadur Seyidov