Çin gəmiləri Filippinin mübahisəli adasına yaxınlaşdı



 14:55 06.03.2023     291

Filippinin nəzarətində olan Titu adasının ətrafında Çinə məxsus bir döyüş gəmisi, bir sahil mühafizə gəmisi və bir neçə mülki gəmi müşahidə edilib.

Demedia.az xəbər verir ki, Cənubi Çin dənizinin mübahisəli ərazisində qeydə alınan hadisə barədə "Rappler" internet saytı xəbər yayıb. Rəsmi dairələr məsələ barədə açıqlama verməyib. Çinin Maniladakı səfirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Qeyd edək ki, Titu adası Cənubi Çin dənizində sahilyanı ölkələr arasında suverenlik mübahisəsinin predmeti olan Spartli adalarının bir hissəsidir.

Filippinin bölgədəki ən strateji bazası Titu adasındadır.

Bahadur Seyidov