Səudiyyə Ərəbistanı Ukraynaya yardım göndərdi



 15:19 06.03.2023     304

Səudiyyə Ərəbistanı 30 ton yardım daşıyan üçüncü təyyarəni Ukraynaya göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının rəsmi dairələri xəbər yayıb. Bildirilir ki, təyyarə Polşanın Rzeşov-Yasionka hava limanına enib. Yardım quru yolu ilə Ukraynaya çatdırılacaq. Məlumata görə, bu, Səudiyyə Ərəbistanından Ukraynaya göndərilən üçüncü yardım təyyarəsidir.

Səudiyyə Ərəbistanının SPA xəbər agentliyinin məlumatına görə, bundan əvvəl Səudiyyə Ərəbistanı Ukraynaya iki təyyarə ilə 168 ton yardım göndərib.

Bahadur Seyidov