Şoyqu Ukraynada döyüşən əsgərlərlə görüşdü



 15:14 06.03.2023     312

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Ukraynada döyüşən əsgərlərin hərbi hissələrində yoxlamalar aparıb.

Demedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, nazir Şoyqu “Xüsusi hərbi əməliyyat” zonasında Cənubi Donetsk istiqamətindəki “Şərq” hərbi hissələrinin  komandanlıq məntəqəsinə baxış keçirib. Bildirilir ki, hərbi hissələrin komandiri general-leytenant Rüstəm Muradov və digər zabitlər Şoyquya mövcud vəziyyət barədə məlumat verib. Qoşunların təhlükəsiz yerləşdirilməsi və hərtərəfli təşkilinin vacibliyini qeyd edən Şoyqu, sağlamlığın və cəbhə arxasındakı əməyin vacibliyini vurğulayıb.

Bundan əlavə, nazir Şoyqu bəzi əsgərləri medallarla təltif edib.

Bahadur Seyidov