"Nüvə, kimyəvi və bioloji silahlar bizi məhv etmədən biz onları məhv etməliyik"



 16:15 06.03.2023     336

"Nüvə, kimyəvi və bioloji silahlar bizi məhv etmədən biz onları məhv etməliyik”.

Demedia.az xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş belə deyib. O Beynəlxalq Silahsızlanma günü münasibətilə mesajında bildirib ki, qlobal hərbi xərclər rekord həddə çatıb. Quterreş beynəlxalq arenada artan etibarsızlıq və qlobal münaqişələr səbəbindən münaqişə riskini artırdığına diqqət çəkib.

“Sülh, tərksilah və nüvə silahlarının yayılmasının qarşısının alınmasına qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Nüvə, kimyəvi və bioloji silahlar bizi məhv etməmişdən əvvəl onları məhv edək. Bu və bu kimi silah sistemlərinin bizim üçün yeri yoxdur" -  Quterreş deyib.

Bahadur Seyidov