Qətər əmiri dünyanı Türkiyəyə dəstək olmağa çağırdı



 16:58 06.03.2023     296

Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani bütün dünyanı Kahramanmaraşdakı zəlzələlərin nəticələrini aradan qaldırılmasında Türkiyəyə dəstək olmağa çağırıb.

Demedia.az xəbər verir ki, Qətər Əmiri paytaxt Dohada keçirilən Birləşmiş Millətlər Təşkilatının Ən Az İnkişaf etmiş Ölkələr üzrə 5-ci Konfransının açılış sessiyasında çıxışı zamanı belə çağırış edib. "Hər kəsi Türkiyədəyə zəlzələ fəlakətinin nəticələrini aradan qaldırmaq üçün göstərdiyi səylərə dəstək olmağa çağırıram” deyən Qətər əmirinin sözlərinə görə, o, zəlzələdən zərər çəkən Suriya xalqına yardımların gec göndərilməsinə də təəccüblənib.

“Hamınız adından təsdiq edirəm ki, Türkiyə və Suriyadakı qardaşlarımızla həmrəyik” - Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani deyib.

Bahadur Seyidov