İordaniya Türkiyəyə 11 ton yardım göndərdi



 17:12 06.03.2023     292

İordaniya Kahramanmaraşdakı zəlzələlərdən zərər çəkənlər üçün Türkiyəyə 11 ton yardım göndərib.

Demedia.az xəbər verir ki, bu barədə İordaniyanın Haşimi Yardım təşkilatından açıqlama verib. Bildirilir ki, təyyarə ilə göndərilən 11 ton yardım, ərzaq və tibbi ləvazimatdan ibarətdir. Təyyarə Hatay şəhərinə eniş edib. Haşimi Yardım təşkilatının baş katibi Hüseyn əl-Şibli bildirib ki, zəlzələdən zərər çəkənlərə yardımlar davam edəcək.

Qeyd edək ki, bundan əvvəl İordaniya Türkiyə və Suriyaya yardım daşıyan 13 təyyarə və 110 yük maşını, 10 təcili yardım maşını və 10 min çadır göndərib.

Bahadur Seyidov