Çinin ən yüksək qanunverici orqanı olan Milli Xalq Konqresinin iclası keçirilir



 17:42 06.03.2023     319

Çinin ən yüksək qanunverici orqanı olan Milli Xalq Konqresinin iclası keçirilir.

Demedia.az xəbər verir ki, Pekindəki Xalq Yığıncaq salonunda keçirilən sessiyada ölkənin bütün regionlarını və etnoslarını təmsil edən 2980 nümayəndə ilə yanaşı, Çin Xalq Respublikasının sədri Si Cinpin, baş nazir Li Kiqiang, Çin Kommunist Partiyasının tanınmış üzvləri iştirak ediblər. Konqresin 14-cü dövrünün 1-ci Baş Assambleyasının açılış iclasında illik iş hesabatı və büdcə layihəsi təqdim edilib.

Büdcə kəsirinin ümumi daxili məhsula nisbətini yüzdə 3 faiz ətrafında saxlamağa çalışacaqlarını qeyd edən Li, 12 milyon yeni iş yeri yaratmağı hədəflədiklərini ifadə edib.

Bahadur Seyidov