ŞOK: Qaynanasını öldürüb meyitin üstündə... - Əri şikayət etmədi



 23:09 06.03.2023     785

İtaliyada baş verən dəhşətli hadisə dünya mətbuatına bomba kimi düşüb.

Demedia.az xəbər verir ki, sözügedən hadisənin təfərrüatları qan dondurub. İtaliyanın Siciliya əyalətinin kiçik şəhərlərindən birində baş verən hadisədə 32 yaşlı Laura Di Dio 62 yaşlı qayınanası Marqerita Marqanini peşəkar qatil kimi öldürüb. Bıçaq və qayçının zərbələrindən ağır xəsarət alan qadın hadisə yerində dünyasını dəyişib.

Qonşu mənzildə qayınanasının yanına qəhvə almaq adı ilə gələn gənc qadının burada Mərqani ilə mübahisə etdiyi iddia edilir. 

Yaşlı qadının qışqırtısını eşidən qohumlar mənzil başına axışıblar. Otağa girəndə gözlərinə inanmayan ailə üzvləri dərhal polisə müraciət edib. Polis qrupları qısa müddətdə hadisə yerinə gələrkən, gənc qadın cəsədin üzərinə oturaraq siqaret çəkdi. Polis onu nəzarətə götürənə qədər yerindən tərpənməyib.

Mövzu ilə bağlı açıqlamalar verən ər, həyat yoldaşının psixi problemləri olduğunu iddia edib: “Müalicə olunmaq istəmədi, həkimə müraciət etdik, amma dərman müalicəsi olmadı. Mən onun üçün hər şeyi etdim".

İfadələrinin davamında arvadını çox sevdiyini bildirən ər, arvadının anasına etdiklərindən şikayətçi olmayıb, hadisənin özünü müdafiə olduğunu da əsaslandırıb. Ailənin vəkili Salvatore Timpanaro onun məhkəməyə gəlməyə yararlı olub-olmadığını müəyyən etmək üçün psixiatrik müayinədən keçməsini istəyib. Timpanaro mövzu ilə bağlı bunları deyib:

“Bizim onun psixi problemlərini dəstəkləmək üçün qəti sənədlərimiz var. Di Dioda anlayış və iradə yoxdur və buna görə də əri Françesko Arnone onu açıq şəkildə müdafiə edir.

Adıçəkilən vəkil açıqlamalarının davamında o, 2 övladı olan cütlüyün hələlik boşanmaq fikrində olmadığını da bildirib.

Aysun / Demedia.az