Estoniyada parlament seçkilərində hakim İslahat Partiyası birinci yeri tutdu



 15:56 07.03.2023     298

Estoniyada keçirilən parlament seçkilərində hakim İslahat Partiyası 31,2 faiz səslə birinci yeri tutub.

Demedia.az xəbər verir ki, bütün səslərin hesablandığı seçkinin ilkin nəticələrinə görə, 31,2 faiz səs toplayan Baş nazir Kaja Kallasın rəhbərlik etdiyi İslahatlar Partiyası 101 yerlik parlamentdə 37 yerin sahibi olub. Paytaxt Tallində xalqa müraciət edən Kallas bildirib ki, hələ rəsmi olmayan bu nəticə onlara yaxşı hökumət qurmaq üçün güclü mandat verəcək.

Qeyd edək ki, 2019-cu il seçkilərində təxminən 18 faiz səs toplayaraq ölkə siyasətinə daxil olan və üçüncü böyük partiyaya çevrilən ifrat sağçı populist “EKRE” partiyası 16,1 faiz səslə ikinci olub və 17 mandata sahibi olub. Mərkəz Partiyası isə 15,3 faiz səslə üçüncü yeri tutub. Seçkilərdə fəallıq 63,7 faiz olub. 6 partiya parlamentə daxil olmaq üçün tələb olunan 5 faizlik baryeri keçib.

Bahadur Seyidov