Vaşinqton müharibənin bitməsini istəmir - Peskov



 16:15 07.03.2023     318

“Ukrayna probleminin həllində sülh yoluna keçid üçün lazımi şərtlər formalaşmayıb. Vaşinqton bu müharibənin bitməsini istəmir”.

Demedia.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov belə deyib. Çinin Ukrayna probleminin həlli ilə bağlı Rusiyaya təqdim etdiyi planla bağlı sualı cavablandıran Peskov bildirib ki, Rusiya çinli həmkarlarının fikirlərinə önəm verir. Ukraynada "xüsusi hərbi əməliyyat"ın davam etdiyini vurğulayan Peskov deyib:

"Belə olan halda, sülh yoluna keçid üçün lazımi şərait yaradılmayıb. Ona görə də Rusiya öz məqsədlərinə çatmaq üçün xüsusi hərbi əməliyyatı davam etdirir.

Bahadur Seyidov