Fransada ümummilli tətil keçirilir



 16:45 07.03.2023     346

Fransada pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan mübahisəli islahat əleyhinə aksiya keçirilib.

Demedia.az xəbər verir ki, bir sıra peşə işçiləri, o cümlədən dövlət qulluqçuları tətilə çıxıb. Mübahisəli islahatlara qarşı etiraz olaraq 250 nümayişin keçirilməsi gözlənilir. Ölkənin ən böyük həmkarlar ittifaqları, o cümlədən Ümumi Həmkarlar İttifaqı bir çox sektorun iştirakı ilə ümummilli tətillər keçirir. Qatar xidmətlərinin dayandırılması səbəbindən hökumət uzaq məsafədə qalan işçiləri evdən işləməyə dəvət edib.Tətil hava nəqliyyatında da problem yaradıb.

Parisdəki Şarl de Qoll hava limanında uçuşların beşdə biri, Orli hava limanında isə uçuşların dörddə biri ləğv edilib.

Bahadur Seyidov