ABŞ-ın müdafiə naziri İraqa səfər etdi



 17:16 07.03.2023     322

ABŞ-ın müdafiə naziri Lloyd Austin İraqa səfər edib.

Demedia.az xəbər verir ki, o, səfərlə bağlı Bağdadda mətbuat konfransı keçirib. Lloyd Austin bildirib ki, ABŞ İŞİD terror təşkilatını məhv etmək üçün  Bağdad rəhbərliyinə dəstəyi davam etdirəcək.İŞİD-ə qarşı yaradılan koalisiya qüvvələrinin İraq hökuməti ilə birlikdə çalışaraq terror təşkilatını məhv etməkdə qərarlı olduğunu bildirən Ostin deyib ki, ABŞ diqqətini İŞİD-ə son qoymağa yönəldib.

"Mən ABŞ-İraq strateji əməkdaşlığını bir daha vurğulamaq üçün buradayam. Daha təhlükəsiz, sabit və suveren İraqa doğru", - Ostin deyib.

Bahadur Seyidov