Kirayəçidən ev sahibini şoka salan pankart! - “Bu bina bərbad vəziyyətdədir”



 22:36 07.03.2023     777

İstanbul Kadıköydə 5 mərtəbəli mənzilin üst mərtəbəsində yaşayan kirayəçi “Bu bina çürükdür” yazılı pankartı asaraq evi boşaldıb.

Demedia.az xəbər verir ki, Kadıköy Rasimpaşa Məhəlləsində 5 mərtəbəli mənzilin üst mərtəbəsində kirayədə yaşayan Canan Coşkun 55 illik binanın sütun və divarlarında çatlar olduğunu iddia edərək mənzili boşaldıb. Coşqun evdən çıxmazdan əvvəl binanın çölünə “Bu bina çürükdür” yazılı pankart asıb.

Coşkun sosial media hesabından da açıqlama verib. Mesajında, "Kadıköy Yeldeğirmenidə 55+ yaşlı binada kirayəçi idim. Ev zəlzələyə davamlı olmadığı üçün boşaltdım. Ev sahibi zəng edib kirayə verəcəyini söylədi. Kirayə vermək niyyətində olan varsa , Rasimpaşa Məhəlləsindəki bina çürükdür."

Mənzil sakinlərindən Selen Şenocak bildirib ki, Canan Coşqun evin vəziyyətini əks etdirən video çəkib: "O, bu posteri asıb”.

Ev sahibi məsələ ilə bağlı açıqlama vermək istəməyib.

Aysun / Demedia.az