Şimali Koreyadan ABŞ-a xəbərdarlıq



 17:46 07.03.2023     297

“ABŞ Pxenyanın test çərçivəsində atdığı hər hansı raketi vurarsa, bu, açıq müharibə elanı kimi qiymətləndiriləcək”.

Demedia.az xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq belə deyib. O bildirib ki, Şimali Koreya raketləri neytral ərazilərə atır. “Mən sizi əvvəlcədən açıq şəkildə xəbərdar edirəm. Sakit okean nə ABŞ-ın, nə də Yaponiyanın suverenliyinə aiddir” - Kim Yo Conq deyib.

Qeyd edək ki, ABŞ-ın Hind-Sakit Okean bölgəsindəki qüvvələrinin komandanlığı Şimali Koreyanın Sakit okeanına qitələrarası ballistik raket atacağı təqdirdə onların dərhal vurulacağını açıqlayıb.

Bahadur Seyidov