Havada dəhşət! Kabin heyətinə hücum etdikdən sonra təyyarəni...



 21:34 07.03.2023     581

ABŞ-ın Los Anqles şəhərindən Bostona uçan United Airlines təyyarəsində qalmaqallı hadisə baş verib.

Demedia.az xəbər verir ki, sərnişinləri təhdid etdikdən sonra 33 yaşlı Fransisko Severo Torres təyyarəni qəzaya uğratmağa cəhd edib və kabin xidmətçilərinə hücum edib.

Qaşıqla stüardessanın boğazına bıçaq vurmaq istəyən şəxs bacara bilməyib. Daha sonra həmin şəxs təyyarənin qapısına tərəf yönəlib, nəhəng qapını zorlayıb və açmağa çalışıb. Təyyarədə sirenlər səsləndi və çaxnaşma mühiti yarandı.

Dəhşətə düşən sərnişinlər qəfildən kişiyə hücum edərək onu zərərsizləşdiriblər. Pilotlar isə marşrutu pozmayıb və qısa müddət sonra Boston hava limanına eniblər. Eniş etdikdən sonra təcavüzkar reaktiv sürətdə polis tərəfindən saxlanılıb. Zərərsizləşdirilən Torresin “Bu təyyarədə hamını öldürəcəyəm” dediyi qeyd edilib.

Qüllə də baş verənlərdən xəbər tutdu. Pilotla məmur arasındakı söhbətdə həmin şəxsin zərərsizləşdirildiyi və uçuşun davam etdiyi bildirilib. Pilotla qüllə arasındakı söhbətin təfərrüatları belədir:

“Bir şəxs kabin heyətinə hücum edərək təyyarənin qapısını açmağa çalışıb. 6 nəfər tərəfindən zərərsizləşdirilib və biz indi təhlükəsizik”.

Hadisənin şahidi olan sərnişin məsələ ilə bağlı danışıb. Təyyarədə olan hər kəsin qorxduğunu bildirən şəxs hücumçunun qaşığı sındıraraq itilədiyini və kabin heyətinə hücum etdiyini bildirib.

American Airlines isə hadisənin gündəmə gəlməsindən sonra açıqlama verib. Aviaşirkətdən bildirilib:
“Ekipajımızın və sərnişinlərimizin vaxtında reaksiyası sayəsində Los-Ancelesdən Bostona uçan uçuşumuzda təhlükəsizlik məqsədilə bir nəfər zərərsizləşdirilib. Uçuşlarımızda bu cür davranışa tolerantlığımız sıfırdır'

Digər tərəfdən, Torresin hərəkətlərinə görə martın 9-da məhkəmə qarşısına çıxarılacağı da öyrənilib.

Aysun / Demedia.az