İran səs sürətindən 8 dəfə sürətli ballistik raket istehsal etdi



 17:01 07.03.2023     343

İran səs sürətindən 8 dəfə sürətli ballistik raket istehsal etdiyini açıqlayıb.

Demedia.az Fars agentliyinə istinadən bildirir ki, İranın Baş Qərargah rəisi, general-mayor Məhəmməd Baqiri paytaxt Tehranda keçirilən tədbirdəki çıxışında belə deyib. O bildirib ki, istehsal edilən raket hərəkətdə olan dəniz nəqliyyat vasitələrini məhv edə bilir. Raketin sınaqlarının müvəffəqiyyətlə tamamlandığını və kütləvi istehsalına başlanıldığını bildirən Baqirinin sözlərinə görə, İran bu cür raketlərə sahib olan 3 ölkədən biridir.

Onun sözlərinə görə, raket 1500 kilometr məsafə uça bilir. Baqiri raketin nə vaxt və harada sınaqdan keçirildiyi barədə məlumat paylaşmayıb.

Bahadur Seyidov