Danimarka Müdafiə Nazirliyi tiktoku qadağan etdi



 15:01 07.03.2023     315

Danimarka Müdafiə Nazirliyi əməkdaşlarına kibertəhlükəsizlik tədbirləri çərçivəsində tiktokdan rəsmi telefonlarda istifadə etməyi qadağan edib.

Demedia.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyi açıqlama verib. Bildirilir ki, Danimarka Xarici Kəşfiyyat Xidmətinin Kibertəhlükəsizlik Mərkəzi tiktok tətbiqinin cihazda müəyyən hüquqlar və istifadəçi məlumatlarına giriş tələb etdiyini ifadə edərək, casusluq şübhələrinin olduğunu bildirib. İşçilərdən rəsmi xidmətdə istifadə edilən telefonlarda tiktokun quraşdırılmaması, quraşdırılıbsa silinməsi tələb edilib.

Qeyd edək ki, Danimarka Parlamenti qanunvericilərə və işçilərə kibertəhlükəsizliklə əlaqədar olaraq tiktokdan istifadə etməmək barədə xəbərdarlıq edib.

Bahadur Seyidov