Dünya miqyasında tvitterin işində problem yaşandı



 17:25 07.03.2023     310

Dünya miqyasında tvitterin işində problem yaşanıb.

Demedia.az xəbər verir ki, tvitter sosial media platformasında linklərə, şəkillərə və proqramlara daxil olmaqda problemlər müşahidə olunub. Məlumata görə, istifadəçilər giriş problemlərinin olduğunu bildiriblər. Mövzu ilə bağlı tvitterin dəstək hesabından bildirilib ki, problemi aradan qaldırmaq üçün iş aparılıb. Ardınca problem aradan qaldırılıb. "İndi işlər normal getməlidir. Bizimlə olduğunuz üçün təşəkkür edirik” -  açıqlamada deyilir.

Şirkətin sahibi İlon Mask problemə tvitterin tətbiq proqramlaşdırma interfeysində (API) dəyişikliyin səbəb olduğunu bildirib.

Bahadur Seyidov