Ukrayna Rusiyanın raket və PUA-larını vurdu



 16:01 09.03.2023     355

Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı bildirib ki, Rusiya Ukraynanın kritik infrastrukturuna 81 raket zərbəsi endirib.

Demedia.az xəbər verir ki, bu barədə Valeriy Zalujnı sosial media hesabına açıqlama verib. O bildirib ki, düşmən ötən gecə müxtəlif bazalardan (hava, quru, dəniz) 81 raket atıb. Rusiya qüvvələri hücumlarda 8 “Şahid” pilotsuz uçuş aparatından da istifadə edib. Onun sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələri 48 qanadlı raketdən 34-nü və 4 PUA-nı məhv edib.

Ukrayna Baş Qərargah rəisi Zalujnı qeyd edib ki, Rusiyanın 8 hava raketi isə hədəflərinə çata bilməyib.

Bahadur Seyidov