Pakistan Türkiyəyə 8200 qış çadırı daşıyan ikinci gəmini göndərdi



 16:21 09.03.2023     448

Pakistan Türkiyəyə 8200 qış çadırı daşıyan ikinci gəmini göndərib.

Demedia.az xəbər verir ki, bu barədə Pakistanın Milli Fəlakətlərin İdarə Olunması Agentliyindən bildirilib. Məlumata görə, Türkiyə və Suriyaya çatdırılmaq üçün 65 konteynerə yüklənmiş 1221 ton yardım materialı daşıyan yük gəmisi Karaçidən yola salınıb. 8200 qış çadırı olan 41 konteyner Türkiyəyə, 15 min ərzaq bağlamasının olduğu 24 konteyner isə Suriyaya çatdırılacaq. Həmçinin, Pakistan Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım daşımaq üçün çarter yük reyslərinə başlayacaq.

Qeyd edək ki, Pakistan Hərbi Dəniz Qüvvələrinin Türkiyədəki təbii fəlakət qurbanları üçün 1000 ton yardım daşıyan ilk gəmisi fevralın 28-də Kəraçidən yola düşüb.

Bahadur Seyidov