ABŞ qoşunlarının Suriyadan çıxarılmasını tələb edən sənəd rədd edildi



 16:45 09.03.2023     294

ABŞ Konqresinin aşağı palatası olan Nümayəndələr Palatasında Prezident Co Baydeni ABŞ qoşunlarını Suriyadan çıxarmağa çağıran qanun layihəsinə səsvermə keçirilib.

Demedia.az xəbər verir ki, qanun layihəsi respublikaçı deputat Mett Gaetz tərəfindən təqdim olunub. Demokratlardan 56, respublikaçılardan isə 47 deputat qanun layihəsini dəstəkləyib. Lakin 321 konqresmen sənədi rədd edib. Parlamentin Respublikaçı üzvü Matt Gaetz Suriyada yaranan mürəkkəb vəziyyətə  işarə edərək, ABŞ qoşunlarının Suriyadan çıxmasının önəmini qeyd edib.

O bildirib ki, İranın Suriya rejiminə dəstək verməsi ilə yanaşı “Hizbullah” da Suriyada bəzi ərazilərə nəzarət edir. O Rusiyanın da müdaxilə etdiyini və beləliklə də Şərqi Aralıq dənizinə enərək mənzərəni daha da çətinləşdirdiyini bildirib.

Bahadur Seyidov