Kim Çen In uzaq mənzilli və nüvə raket layihələrindən əl çəkmir



 17:01 09.03.2023     298

Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya və ABŞ-a qarşı strateji üstünlük əldə etmək üçün uzaq mənzilli və nüvə raket layihələrindən əl çəkmək niyyətində deyil.

Demedia.az xəbər verir ki, ABŞ kəşfiyyatının məlumatlarında belə qeyd edilib. “United Press International”ın xəbərinə görə, ABŞ Milli Kəşfiyyat İdarəsinin hesabatında deyilir ki, Kim Çen In ABŞ və müttəfiqlərini hədəfə almaq üçün nüvə və silah imkanlarını genişləndirmək səylərini davam etdirir, bu da ona regional təhlükəsizliyi öz xeyrinə çevirməyə imkan verir.

Məlumata görə, Pxenyan ABŞ-ın bölgədəki raketdən müdafiə sistemlərini zərərsizləşdirə biləcək raket istehsal etmək səylərini prioritet vəzifə hesab edir.

Bahadur Seyidov