Çin tiktok vasitəsilə istifadəçilərin məlumatlarına daxil ola bilər - FTB



 17:31 09.03.2023     307

Çinin tiktok vasitəsilə istifadəçilərin məlumatlarına və cihazlarına daxil ola və onlar üzərində böyük məlumat əməliyyatları həyata keçirə bilər.

Demedia.az xəbər verir ki, ABŞ Federal Təhqiqatlar Bürosunun  direktoru Kristofer Uray belə açıqlama verib. O Senatda keçirilən ABŞ üçün qlobal təhdidlərlə bağlı iclasdakı çıxışında qeyd edib ki, Çin tiktok vasitəsilə milyonlarla istifadəçinin məlumatlarına nəzarət edə, onların quraşdırıldığı cihazlarda proqram təminatına nəzarət edə və istifadəçilərin müəyyən məsələlərə yanaşmasına təsir göstərə bilər. Federal Təhqiqatlar Bürosunun direktorunun sözlərinə görə, Çinin tiktokdan bu məqsədlə istifadə elib-etmədiyinə hələ əmin deyil.

Qeyd edək ki, ABŞ-la yanaşı bir sıra ölkələr rəsmi telefonlarda tiktokdan istifadəni qadağan edib.

Bahadur Seyidov