İsveç PKK-ya qarşı mübarizəni gücləndirib - AÇIQLAMA



 12:48 10.03.2023     324

İsveçin NATO-ya Üzvlük üzrə Baş Müzakirəçisi Oskar Stenström ölkəsinin terrora və PKK-ya qarşı mübarizəni gücləndirdiyini bildirib.

Demedia.az xəbər verir ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Türkiyə, İsveç və Finlandiya arasında Üçtərəfli Memorandum çərçivəsində yaradılmış “Daimi Birgə Mexanizm”in üçüncü iclası keçirilib. İclasın yekunlarına dair mətbuat konfransında Stenström bildirib ki, İsveç hökuməti terror təşkilatı PKK-ya qarşı konkret addımlar atır.

"Ciddi mütəşəkkil cinayətkarlıqla terrorun maliyyələşdirilməsi arasında əlaqə ölkəmiz üçün problemdir. Bu səbəbdən İsveç səlahiyyətliləri konkret addımlar atır. Hökumət cinayət qanunu layihəsini parlamentə təqdim edib. Hakimiyyət xüsusilə terrora və PKK-ya qarşı işləri gücləndirib” - Stenström deyib.

Bahadur Seyidov