ABŞ İordan çayının qərb sahilindəki gərginlikdən narahatdır



 14:51 10.03.2023     325

ABŞ-ın müdafiə naziri Lloyd Austin İordan çayının qərb sahilində israilli mühacirlər tərəfindən fələstinlilərə qarşı zorakılıqdan narazıdır.

Demedia.az xəbər verir ki, Lloyd Austin israilli həmkarı Yoav Gallant ilə görüşündə belə deyib. Təl-Əvivdə ikitərəfli görüşdən sonra birgə mətbuat konfransında o, İordan çayının qərb sahilində gərginliyi artıran addımlara və yəhudilərin fələstinlilərə hücumuna narazılığını bildirib. Ostin İsrailin təhlükəsizliyinə sadiqliyini təkrarlayaraq deyib:

"Birləşmiş Ştatlar yaşayış məntəqələrinin genişləndirilməsi və təxribatçı ritorika da daxil olmaqla, təhlükəsizliyə xələl gətirəcək hər hansı hərəkətə qəti şəkildə qarşı çıxır. Biz orada məskunlaşanların fələstinlilərə qarşı törətdiyi zorakılıqdan narahatıq".

Austin zorakılığın qarşısının alınmasına və gərginliyin azaldılmasına çağırıb.

Bahadur Seyidov