Avropa İttifaqından Ukraynaya dəstək



 15:14 10.03.2023     332

Rusiyanın Ukraynaya raket hücumlarından sonra Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen və Ukrayna prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.

Demedia.az xəbər verir ki, bu barədə Von der Leyen sosial media hesabında yazıb. O bildirib ki, Rusiyanın irimiqyaslı raket hücumlarından sonra Zelenski ilə danışıb. Avropa İttifaqı Komissiyasının sədri Rusiyanın mülki əhalini və enerji infrastrukturunu qəsdən hədəfə almasının müharibə cinayəti olduğunu ifadə edib. Onun sözlərinə görə, hücumlar Ukraynanın Avropa İttifaqı istiqamətində islahat səylərini inkişaf etdirmək əzmini gücləndirib.

Qeyd edək ki, Ukrayna Baş Qərargah rəisi Valeriy Zalujnı Rusiyanın Ukraynanın kritik infrastrukturuna 81 raket zərbəsi endirdiyini açıqlamışdı.

Bahadur Seyidov