Stoltenberqdən Türkiyə-İsveç-Finlandiya görüşü barədə açıqlama



 15:04 10.03.2023     292

"Finlandiya və İsveç Türkiyənin təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaq üçün görünməmiş addımlar atıblar. İndi bütün müttəfiqlərin ratifikasiya prosesini yekunlaşdırmasının və Finlandiya və İsveçi tamhüquqlu üzvlər kimi qəbul etməsinin vaxtıdır”.

Demedia.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq belə açıqlama verib. O bildirib ki, Brüsseldə keçirilən görüş zamanı Türkiyə, İsveç və Finlandiya Üçlü Memorandumun həyata keçirilməsi üçün atılan konkret addımları müzakirə ediblər. Bəyanatda qeyd olunub ki, NATO tərəflər əldə olunan irəliləyişi alqışlayır:

"Tərəflər Finlandiya və İsveçi NATO-ya üzv olmağa dəvət etmək qərarının tarixi olduğu ilə bağlı razılığa gəliblər. Tərəflər həmçinin Finlandiya və İsveçin üzvlüyünün sürətli şəkildə təsdiqlənməsinin hamının marağına uyğun olacağını qeyd edərək, onların üzvlüyünün ittifaqı gücləndirəcəyi barədə razılığa gəliblər”.

Qeyd edək ki, NATO-nun Brüsseldəki mənzil-qərargahında Yens Stoltenberqin sədrliyi ilə Türkiyə, İsveç və Finlandiya arasında üçtərəfli Memorandum çərçivəsində yaradılmış “Daimi Birgə Mexanizm”in iclası keçirilib.

Bahadur Seyidov