Cənubi Koreyada təyyarədə döyüş gülləsi aşkar edildi



 15:43 10.03.2023     324

Cənubi Koreyanın İnçon beynəlxalq hava limanından uçmağa hazırlaşan təyyarədə döyüş gülləsi aşkar edilib.

Demedia.az xəbər verir ki, dərhal polis məsələyə müdaxilə edib. Yonhap  agentliyinin məlumatına görə, hava limanı polisinə Filippinin Manila şəhərinə gedən təyyarədə bir sərnişinin oturacağının altında güllə tapılması barədə məlumat daxil olub. Təyyarədə olan 218 sərnişin və 12 ekipaj üzvü təxliyə edilib.

Təyyarə reysi təxirə salınıb. Terrorla mübarizə polisi və partlayıcı zərərsizləşdirmə qrupunun təyyarədə axtarış apardığını bildirən səlahiyyətlilər güllənin təyyarəyə necə gətirildiyini araşdırır.

Bahadur Seyidov