Avropa ilə İran arasında ticarət məqsədilə qurulmuş "İNSTEX" ləğv edildi



 15:58 10.03.2023     301

Böyük Britaniya, Fransa və Almaniya İranla ticarəti davam etdirmək üçün 2019-cu ildə yaradılan özəl ödəniş şirkəti “İNSTEX”lə bağlı birgə bəyanat yayıb.

Demedia.az xəbər verir ki, açıqlamada “İNSTEX”in səhmdarları olan Belçika, Danimarka, Finlandiya, Fransa, Almaniya, Hollandiya, Norveç, İspaniya, İsveç və Britaniyanın şirkəti ləğv etmək qərarına gəldiyi bildirilib. Bildirilib ki, şirkət 4 ildir Avropa ilə İran arasında ticarət fəaliyyətini asanlaşdırmağa çalışıb. Bəyanatda deyilir ki, İran sistematik şəkildə və siyasi səbəblərə görə “İNSTEX”in mandatını yerinə yetirməsinə mane olub. Məlumatda qeyd edilir ki, İranın 2020-ci ildə Avropadan İrana tibbi ləvazimatlar ixracı üçün “İNSTEX”lə yalnız 1 əməliyyat həyata keçirməyə razılaşıb. Həmçinin, İran AB ölkələri, Britaniya və Norveçlə müxtəlif əməliyyat təkliflərini davamlı və qəsdən bloklayıb.

Səhmdarlar “İNSTEX”in fəaliyyətini davam etdirməsi üçün artıq heç bir əsasın olmadığını qeyd edib.

Bahadur Seyidov