Belçikada irimiqyaslı tətil keçirildi



 16:25 10.03.2023     320

Belçikada dövlət işçiləri iş şəraitinin yaxşılaşdırılması və dövlət qurumlarına daha çox maliyyə ayrılması tələbi ilə tətilə çıxıblar.

Demedia.az xəbər verir ki, tətil həmkarlar ittifaqlarının çağırışı ilə təşkil edilib. Tətil səbəbiylə səhiyyə, təhsil, təhlükəsizlik və nəqliyyat kimi bir çox sektorun işində çətinlik olub. Dəmiryolçuların tətildə iştirakı səbəbindən ölkə daxilində qatarların hərəkəti dayandırılıb. Paytaxt Brüsseldə də metro, avtobus və tramvay işçiləri tətilə çıxıb. Şəhərdə ictimai nəqliyyat xətlərinin çoxu işləyə bilməyib. Həmçinin tətil edən çox sayda insan Brüsselin mərkəzinə toplaşıb.

Həmkarlar ittifaqları ictimai xidmətlərə daha çox maliyyə ayrılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Bahadur Seyidov