ABŞ-dan Şimali Koreyaya çağırış



 16:52 10.03.2023     317

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Şimali Koreya raket sınaqlarına dair yanaşmasından əl çəkməsə cavab verməli olacaq.

Demedia.az xəbər verir ki, o bildirib ki, ABŞ müttəfiqlərini müdafiə etmək əzmindədir. Ned Praysın sözlərinə görə, ABŞ həmçinin Şimali Koreya ilə dialoqa hazırdır.  Prays əlavə edib ki, Şimali Koreyanın son raket sınaqları Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrini pozub və Pxenyan qonşuları və beynəlxalq ictimaiyyət üçün təhlükə yaradır.

“Yanaşmasını dəyişdirinə qədər ödəcəyi bədəlin artmağa davam edəcəyini Şimali Koreyaya başa salmağa səy göstəririk. Biz istəyirik ki, Şimali Koreya yanaşmasını dəyişdirərək dialoq və diplomatiyanı seçsin” - Prays deyib.

Bahadur Seyidov