Nigeriyada silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfər xilas edildi



 12:58 13.03.2023     290

Nigeriyanın Zamfara əyalətində silahlı dəstələr tərəfindən girov götürülən 14 nəfər xilas edilib.

Demedia.az xəbər verir ki,  əyalət polisinin məlumatına görə Munhaye meşəsində silahlı dəstələrə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı silahlı dəstələr tərəfindən girov götürülən 5-i uşaq olmaqla 14 nəfər xilas edilib. Xilas edilən şəxslərin təxminən 68 gün girovluqda qaldığı deyilir. Polisin əməliyyatı zamanı çox sayda silahlı dəstə üzvləri zərərsizləşdirilib.

Qeyd edək ki, Zamfara əyaləti tez-tez silahlı dəstə üzvlərinin hücumları ilə üzləşir. Əyalət hökuməti artan təhlükəsizlik problemləri səbəbiylə saxlanılan silahlı dəstə üzvlərinin ölüm cəzası ilə mühakimə olunacağını açıqlayıb.

Bahadur Seyidov