Yaponiya və Cənubi Koreya liderləri qarşılıqlı səfərləri yenidən bərpa edir



 14:18 13.03.2023     300

Yaponiya və Cənubi Koreya liderləri qarşılıqlı səfərləri yenidən bərpa edir.

Demedia.az xəbər verir ki,  Cənubi Koreya lideri Yoon Suk-yeol həyat yoldaşı Kim Keon Hee ilə Yaponiyaya səfər edəcəyini açıqlayıb. Bununla bağlı açıqlama verən Yaponiyanın Baş naziri Kişida Fumio bildirib ki, Tokio Seulla əlaqələri yaxşılaşdırmaqda qərarlıdır. Cənubi Koreyanın Prezident Aparatı isə səfəri “vacib təməl daşı” kimi dəyərləndirib. Bəyanatda qonşu dövlətlər arasında ikitərəfli təhlükəsizlik əməkdaşlığının genişləndirilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, iki ölkə liderləri arasında sonuncu dəfə qarşılıqlı səfər 2011-ci ildə olmuşdu.

Bahadur Seyidov