Çində Dövlət Şurasının üzvləri seçildi
Çində yeni baş nazirin seçilməsindən sonra nazirlər kabinetinin funksiyasını yerinə yetirən Dövlət Şurasının üzvləri seçilib.
Demedia.az xəbər verir ki, paytaxt Pekində keçirilən Çin Milli Xalq Konqresinin 1-ci Baş Assambleyasında Baş nazir Li Çanq Nazirlər Kabinetinin siyahısını təsdiq edilməsi üçün Məclisə təqdim edib. Baş nazir Linin sədrlik etdiyi 31 üzvdən ibarət Dövlət Şurasının siyahısı səsvermə yolu ilə təsdiq edilib. Çin Milli Xalq Konqresinin qurultayında partiyanın ən yüksək qərar qəbuledici orqanı olan 25 üzvdən ibarət Siyasi Büroya seçilən Hi Lifinq, Canq Quoçinq və Liu Quokonq baş nazirin digər müavinləri təyin edilib.
Vu Cinglong Dövlət Şurasının baş katibi, Şın Yinç dövlət təhlükəsizlik naziri, Li Şanqfu isə müdafiə naziri seçilib. Xarici işlər naziri Çin Qanq və ictimai təhlükəsizlik naziri Van Syaoxunq həmçinin Dövlət Şurasının digər üzvləri təyin edilib.
Bahadur Seyidov