Birləşmiş Ərəb Əmirlikləri Türkiyə və Suriyaya 215 təyyarə ilə yardım göndərib
Kahramanmaraşda baş verən zəlzələlərdən sonra Birləşmiş Ərəb Əmirlikləri Türkiyə və Suriyaya 215 təyyarə ilə yardım göndərib.
Demedia.az xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin tvitter hesabında məlumat verilib. Məlumata görə, Birləşmiş Ərəb Əmirlikləri Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nahyanın göstərişi ilə Türkiyə və Suriyaya yardımların göndərilməsi davam edir. Bildirilib ki, “Yiğit Süvari 2” yardım əməliyyatı çərçivəsində zəlzələdən zərər çəkmiş bölgələrə dəstəklər davam etdiriləcək.
Açıqlamada qeyd edilib ki, əməliyyat çərçivəsində Türkiyə və Suriyaya ümumilikdə 5 min 975 ton humanitar yardım çatdırılıb.
Bahadur Seyidov