Avstraliya və Hindistan razılığa gəldi



 16:14 13.03.2023     297

Avstraliya və Hindistan bütün sahələrdə, o cümlədən iqtisadiyyat, müdafiə, investisiya, təhsil və tədqiqat sahələrində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Demedia.az xəbər verir ki, Baş nazir Entoni Albanese Hindistan-Avstraliya Hərtərəfli Strateji Tərəfdaşlıq sammiti üçün Hindistana 4 günlük səfərini yekunlaşdırıb. Səfərin yekunlarına dair Albanese hindistanlı həmkarı Narendra Modi birgə bəyanat yayıb. Bəyanatda nazirlər Ukraynadakı münaqişə və humanitar vəziyyətlə bağlı narahatlıqlarını ifadə ediblər. Bəyanatda liderlər Ukrayna və Rusiya arasında hərbi əməliyyatları dərhal dayandırmağa və münaqişənin sülh yolu ilə həllinə çağırıblar. Bildirilir ki, münaqişə qlobal iqtisadi sistemdə mövcud zəiflikləri gücləndirir, böyük insan iztirablarına səbəb olur.

Bildirilir ki, Albanese və Modi keçən ilin dekabr ayında Hindistan-Avstraliya İqtisadi Əməkdaşlıq və Ticarət Sazişinin qüvvəyə minməsindən məmnun qalıblar və ikitərəfli ticarətin möhkəmləndirilməsi üçün əhəmiyyətli imkanların olduğu barədə razılığa gəliblər.

Bahadur Seyidov