Pakistandan humanitar yardım daşıyan növbəti təyyarə Türkiyəyə uçdu



 16:48 13.03.2023     302

Kahramanmaraşda baş verən zəlzələlərdən zərər çəkənlərə dəstək məqsədilə Pakistandan humanitar yardım daşıyan növbəti təyyarə Türkiyəyə uçub.

Demedia.az xəbər verir ki, yük əsasən çadırlardan ibarətdir. Təyyarəni Pakistanın Ankaradakı səfirliyinin mətbuat attaşesi Mahru Ərşad və siyasi müşaviri Seyid Atif Rza qarşılayıb. Yük təyyarəsi ilə Pakistanın baş naziri Şahbaz Şərifin xüsusi müşaviri Xavaca Əhməd Həsən də Türkiyəyə gəlib. Həsən jurnalistlərə açıqlamasında Türkiyə ilə Pakistan arasında qardaşlıqdan kənar xüsusi münasibətlərin olduğunu söyləyib.

O, Türkiyənin hər zaman Pakistanın yanında olduğunu, fəlakətlər zamanı Pakistana yardım edən ilk ölkənin Türkiyə olduğunu vurğulayıb.

Bahadur Seyidov