İranla razılaşma bütün məsələlərin həll olunması demək deyil - XİN



 17:29 13.03.2023     393

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan bildirib ki, İranla diplomatik münasibətlərin bərpası haqqında razılaşma bütün məsələlərin həll olunduğu anlamına gəlmir.

Demedia.az xəbər verir ki, o, “Sarkul Evsat” qəzetinə açıqlamasında bildirib ki, İranla razılaşma məsələlərin dialoq və diplomatiya yolu ilə həll etmək üçün ortaq istəyin göstəricisidir. İranla əlaqələri bərpa etməyə hazırlaşdıqlarını qeyd edən Bin Ferhan gələcəkdə qarşılıqlı səfərlərin edilə biləcəyini bildirib. Bin Ferhan Səudiyyə Ərəbistanı ilə İran arasında əldə olunan razılaşmada Çinin roluna toxunaraq, “Bölgədə təhlükəsizlik və sabitlik mühitinin yaradılmasında Pekin və Tehranla ortaq maraqlarımız var" deyib.

Qeyd edək ki, İran və Səudiyyə Ərəbistanı 7 ildən sonra diplomatik münasibətlərin bərpası barədə razılığa gəliblər.

Bahadur Seyidov