26 il beynində əkizini daşıdı - Şiş olduğu düşünüldü, əslində isə...



 21:01 13.03.2023     859

Tibb aləmində nadir hallardan biri 'döldə döl' (FIF) xəstəliyidir.

Demedia.az xəbər verir ki, türkcə 'dölün içində döl' olaraq bilinən və anomaliya (normalın xaricində) olaraq qiymətləndirilən bu vəziyyət indiyə qədər dünya üzrə 200 hadisədə görülüb.

Bir növ inkişaf anomaliyası olaraq izah edilə bilən fetus-in-fetus, əkiz körpələrdən birinin böyüməsini dayandırması nəticəsində yaşana bilər. Dünyada görülən hallar bir-birindən tamamilə fərqlidir. Doğum və Ginekologiya Mütəxəssisi Op. Dr. Nazlı Qorxmazla eşidən hər kəsi heyrətə gətirən halları müzakirə etdik.

Hindistanda yaşayan gənc qadın gündəlik həyatına davam edərkən zamanla oxumaq və dinləməklə bağlı koqnitiv problemlər yaşamağa başlayıb. Zaman keçdikcə vəziyyəti ağırlaşan qadın xəstəxanada dünyasını dəyişib və araşdırmalar nəticəsində hindistanlı qadının beynində kütlə aşkarlanıb.

Əvvəlcə qadının beynindəki kütlənin nə olduğunu tam anlaya bilməyən həkimlər zaman keçdikcə araşdırmalarını davam etdirərək onları şoka salan reallıqla qarşılaşıblar. Hindistanlı qadının beynindəki kütlə əslində onun əkiz bacısının qalıqları idi. Əlindəki qalıqlardan xəbərsiz olan gənc qadının 'döl içində döl' sindromu olduğu aydınlaşınca, 26 ildir beynində olan əkiz bacısına aid kütlələr təmizləndi və gənc qadın həyatına qaldığı yerdən davam etdi.

Yenə Hindistanın Carkand əyalətində doğulan qız tibb tarixinə düşəcək hadisənin bir parçası olub. 2022-ci ilin oktyabr ayının əvvəlində sağlam doğulan qızın qarnındakı anormal şişlik həm ailəsinin, həm də həkimlərin diqqətini çəkib. Doğuşundan 3 həftə sonra qarnında şişlik səbəbiylə xəstəxanaya aparılan körpəni müayinə edən həkimlər ilk olaraq qarşılaşdıqları hadisəni şiş olaraq şərh ediblər. Halbuki reallıq çox fərqli idi. Həkimlər uzun müayinədən sonra körpənin qarnında 8 embrion olduğunu və bu şəkildə doğulduğunu müəyyən ediblər.

Digər oxşar hadisə Kolumbiyada baş verib. Kolumbiyanın şimalındakı Barranquilla şəhərində yaşayan Monika Veqa adlı qadın hamiləliyinin 7-ci ayında müayinəyə gedəndə bədənindəki qeyri-adi vəziyyətdən xəbərsiz olub. Həkimlər ultrasəs müayinəsi zamanı qadının qarnında iki göbək bağı olduğunu görüblər. Ancaq bu, qadının əkiz körpələrə hamilə qalması ilə bağlı deyildi.

Veqanın gözlədiyi körpə qız bətnində olan digər dölü əmizdirmiş və sonra ona göbək bağı ilə bağlanmışdı. Məhz buna görə də Veqanın həkimləri parazit əkizin böyüyüb inkişaf etməkdə olan körpənin orqanlarına zərər verəcəyindən narahat olublar və dərhal onu əməliyyata aparıblar. Veqa qızı dünyaya gətirdi və ona İtsmara adını verdi. Daha sonra İtsmaranı əməliyyat etdilər və onun parazit əkizini çıxardılar. Ürəyi və ya beyni olmayan parazit əkiz yalnız İtsmara ilə qidalandığı üçün bu prosesdə sağ qala bildi.

Hindistanda daha bir oğlan əkiz qardaşından “hamilə” doğulub. Həkimlər körpənin bətnində beyni, qolları və ayaqları olan yarımçıq körpə oğlan tapıblar. Adı açıqlanmayan 19 yaşlı ana sağlam oğlan uşağı dünyaya gətirib, ancaq körpənin bətnində başqa körpə olub. Əkizi olduğu düşünülən 150 qram 7 sm-lik kütlə körpənin qarnından müvəffəqiyyətlə çıxarılıb.

Doğum və Ginekologiya Mütəxəssisi Op. Dr. Nazlı Qorxmaz, 500 min doğuşda bir dəfə rast gəlinən 'döldə döl' sindromunun yalnız eyni əkizlərdə meydana gəldiyinə diqqət çəkdi. 'Döl içində döl' sindromu "Eyni plasentadan qidalanan iki embriondan biri digərinin qidalanmasına imkan vermir və ya kordlar ayrıdırsa, əkizlər ayrı böyüyür, lakin əkizlərdən biri öz embrionunu tamamlaya bilmir. Ancaq körpənin tək kordonu olduğu üçün böyüyən körpə bacısını qucaqlayır və ya böyüyə bilməyən embrion bacısının bədəninə yapışır.

Aysun / Demedia.az