İran və Küveyt dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlar aparır



 11:52 14.03.2023     290

İran və Küveyt dəniz sərhədlərini müəyyən etmək üçün danışıqlar aparır.

Demedia.az xəbər verir ki, bu barədə Küveytin rəsmi xəbər agentliyi Kuna məlumat yayıb. Bildirilir ki, ölkənin hüquq komissiyasının nümayəndələri İranın paytaxtı Tehranda toplaşıb. Danışıqlar zamanı Küveyt tərəfinə xarici işlər nazirinin müavini, səfir Mənsur əl-Uteybi, İran tərəfinə isə xarici işlər nazirinin hüquq və beynəlxalq məsələlər üzrə müavini, səfir Rza Nəcəfi sədrlik edib. Görüşdə bu məsələnin beynəlxalq hüquq normaları əsasında həll edilməsinin vacibliyi vurğulanıb.Uteybi iclas zamanı İranın xarici işlər nazirinin müavini Əli Bakiri ilə ikitərəfli əlaqələrin inkişafı və möhkəmləndirilməsi imkanlarını da müzakirə edib.

Sərhədin müəyyənləşdirilməsi ilə bağlı danışıqlarının Səudiyyə Ərəbistanı ilə İran arasında normallaşma razılaşmasından bir neçə gün sonra baş tutması diqqət çəkib.

Bahadur Seyidov