Şimali Koreya iki ballistik raket sınağı həyata keçirdi



 12:14 14.03.2023     297

Cənubi Koreya və Yaponiya Şimali Koreyanın Yapon dənizi istiqamətində iki ballistik raket sınağı həyata keçirdiyini açıqlayıb.

Demedia.az xəbər verir ki, Cənubi Koreyanın Birləşmiş Qərargah Rəislərinin məlumatına görə, qısa mənzilli ballistik raketlər havada 600 kilometrdən çox məsafə qət edərək Yapon dənizinə düşüb. Yaponiyanın müdafiə naziri Hamada Yasukazu bildirib ki, sözügedən raketlər Yaponiyanın ərazi zonasından kənara düşüb. Yaponiyanın baş naziri Kişida Fumio isə qeyd edib ki, raketlərin düşdüyü bölgədə fəsadlar əmələ gəlməyib.

Raket sınağının Cənubi Koreya və ABŞ ordularının “Azadlıq Qalxanı” adlı təlimlərə başlamasında sonra həyata keçirilməsi diqqət çəkib.

Bahadur Seyidov