Rusiya ilə Çin arasında münasibətlər bənzəri görünməmiş qədər yüksək səviyyəyə çatıb - Şoyqu



 14:08 14.03.2023     300

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ölkəsi ilə Çin arasında münasibətlərin bənzəri görünməmiş qədər yüksək səviyyəyə çatdığını bildirib.

Demedia.az xəbər verir ki, Şoyqu, Çinin müdafiə naziri təyin edilən Li Şanfuya, Çin Mərkəzi Hərbi Komissiyasının sədr müavinləri təyin edilmiş Çin Xalq Azadlıq Ordusunun generalı Canq Youshiaya və general Hi Veydonga teleqram göndərərək, onları ayrı-ayrı təbrik edib. Rusiya və Çinin ortaq sərhəd və tarixə malik olduğu bildirilən Lavrov təbrik mesajlarında qeyd edib:

"Rusiya və Çin köhnə dostlar və tərəfdaşlardır. Ümumi sərhəd, tarix və çoxillik dostluq xalqlarımızı və ölkələrimizi möhkəm bağlayıb. İkitərəfli münasibətlər görünməmiş yüksək səviyyəyə yüksəlib və geosiyasi gərginliyin artması şəraitində qlobal sabitliyin möhkəm tərəfdarlarına çevrilib.

Bahadur Seyidov