İsveçrə silahları Ukraynaya verməmək üçün məhv etdi



 14:52 14.03.2023     289

İsveçrə 1815-ci ildən rəsmi olaraq həyata keçirdiyi beynəlxalq problem və münaqişələrdəki neytrallıq siyasətini Ukrayna müharibəsində də nümayiş etdirir.

Demedia.az xəbər verir ki, İsveçrə Britaniya istehsalı olan 60 ədəd Rapier hava hücumundan müdafiə sistemini məhv etmək qərarına gəlib. Bildirilir ki, Bern administrasiyası silahların Ukraynanın əlinə keçməsinin qarşısını almaq üçün belə qərar verib. İsveçrə mətbuatının məlumatına görə, İsveçrə ordusu işlək vəziyyətdə olan 60 ədəd Rapier hava hücumundan müdafiə batareyasını məhv etmək qərarına gəlib.

Ordu sözçüsü Kaj-Qunnar Sievert xəbəri təsdiqləyərək hava hücumundan müdafiə sistemlərinin bir hissəsinin məhv edildiyini, qalanlarının isə qısa müddətdə sökülərək məhv ediləcəyini bildirib.

Bahadur Seyidov