Anti-monarxistlər kral ailəsinə etiraz etdi



 15:19 14.03.2023     298

İngiltərədə anti-monarxistlər Birlik Günündə kral ailəsinə etiraz ediblər.

Demedia.az xəbər verir ki, paytaxt Londonda Britaniya kralı 3-cü Çarlzın Birlik günü münasibətilə Vestminster Abbey kilsəsində qatılacağı tədbir öncəsində bir araya gələn etirazçılar monarxiyanın ləğvini tələb ediblər.  “Respublika” təşviqat qrupunun təşkil etdiyi nümayişdə iştirak edənlər əllərində “Kral ailəsi irqçidir”, “Kral ailəsinə son”, “Kral ailəsini qov” yazılmış plakatlar qaldırıb.

Etirazda iştirak edən “Respublika” qrupunun prezidenti Graham Smith bildirib ki, monarxiya əslində ölkənin nüfuzuna zərər verir.

Bahadur Seyidov