Tunis Xalq Məclisi növbədənkənar seçkilərdən sonra ilk iclasını keçirdi



 15:49 14.03.2023     282

Tunis prezidenti Kays Səidin 25 iyul 2021-ci il tarixli fövqəladə qərarları ilə işi dayandırılan Tunis Xalq Məclisi növbədənkənar parlament seçkilərindən sonra ilk iclasını keçirib.

Demedia.az xəbər verir ki, Tunis dövlət televiziyasında canlı yayımlanan Tunis Xalq Məclisinin açılış iclası Qurani-Kərimin tilavəti ilə başlayıb. Parlamentin ən yaşlı üzvü kimi iclasa rəhbərlik edən 70 yaşlı Salih əl-Mübarək çıxışında bildirib ki, Tunisdə siyasi böhran  hələ tam səngiməyib. Onun sözlərinə görə, parlamentin vəzifəsi dövlətin birliyi çərçivəsində dövlət qurumları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməkdir. Müstəqil deputat kimi parlamentə daxil olan Mübarəkin sözlərinə görə, deputatlar ölkə qarşısındakı borcunu yerinə yetirərək, qarşıda duran ciddi çətinliklərin öhdəsindən gəlməyə çalışacağaq.

Qeyd edək ki, jurnalistlər iclasa buraxılmayıb.

Bahadur Seyidov