Parisdə təmizlik işçilərinin tətili səbəbiylə 5400 ton zibil küçədə qaldı



 16:14 14.03.2023     308

Parisdə təmizlik işçilərinin tətili səbəbiylə zibillərin yığılmaması təhlükəsizlik və sağlamlıq üçün problem yaradıb.

Demedia.az xəbər verir ki,  Fransanın Dövlət Xərcləri Naziri Gabriel Attal belə açıqlama verib. O, təmizlik işçilərinin tətilinə hörmətlə yanaşdığını, lakin bu səbəbdən paytaxt Parisdə yığılan zibillərin təhlükəsizlik və sağlamlıq problemi yaratdığını bildirib. Attalın sözlərinə görə, buna qarşı tədbir görülməlidir. O, “məcburi işə qayıtma” prosedurunun tətbiq oluna biləcəyini qeyd edib. “Məcburi işə qayıtma” proseduruna əsasən, “tətilin davamlılığına ciddi zərbə vuran işçilər işə qayıtmağa məcbur edilə bilər. Buna qarşı çıxan işçilər 6 aya qədər həbs və 10 min avro cərimələnə bilər. Parisdə 5 min 400 ton zibilin qaldığı bildirilir.

Qeyd edək ki, Fransada pensiya yaşının 63-dən 65-ə çıxarılması barədə qanun etirazla qarşılanıb.

Bahadur Seyidov